KepezTV Player
Futbol infrastrukturunun inkişafı məqsədilə AFFA tərəfindən daha bir layihənin icrasına start verilib. Gəncə şəhər stadionunun ərazisində qurumun maliyyə vəsaiti hesabına süni örtüklü məşq meydanının inşası başlayıb. Meydanın uzunluğu 105, eni isə 68 metr olmaqla standart ölçülərə malikdir. Tikinti işləri bütövlükdə AFFA tərəfindən həyata keçiriləcək. Süni örtük hazır olduqdan sonra “Kəpəz”in əsas komandası ilə yanaşı, klubun aşağı yaş qruplarından ibarət komandaları da buradan yararlana biləcək. Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA tərəfindən inşa olunub. Bundan əlavə, arenanın ərazisində 2015-ci ildə assosasiyanın maliyyə dəstəyi ilə süni örtüklü mini meydança salınıb.
Orxan Cəfərzadə
- Baxış: 1008