• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1406
— 08.07.2019 15:30

Yeniyetmə yunan-Roma güləşçilərindən ibarət milli komanda Göygöldə təlim-məşq toplanışındadı

KepezTV Player

İyunun 26-dan yerli olimpiya idman kompleksində hazırlıq keçən yığmanın toplanışında 20-dən çox güləşçi iştirak edir. Böyük məşqçi Taleh İsrafilov və məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında məşq keçən milli əsasən fiziki yöndə hazırlaşır. İyulun 12-dən təlim-məşq toplanışı keçəcək yığma həm Avropa Gənclərinin Olimpiya Festivalı, həm də dünya biriciliyinə hazırlaşır.

Orxan Cəfərzadə