• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2185
— 09.07.2019 12:31

Goranboylu gənclər hərbi xidmətə həvəslə gedirlər

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsində gənclər həqiqi hərbi xidmətə təntənəli mərasimlə yola salınıblar. Tədbir iştirakçıları əvvəlcə umummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində ulu öndərin ölkəmizin inkişafı istiqamətində xidmətlərinə dair fotostendlərlə tanışlıq olub. Rəsmi hissədə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin rəisi, polkovnik-leytenant Abdin Rüstəmov ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Silahlı Qüvvələrin maddi-texniki bazasının xeyli möhkəmləndirildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, məhz ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda ordu quruculuğu sahəsində çox böyük dəyişikliklər baş verib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində hazırda Silahlı Qüvvələrimiz regionun ən güclü və qüdrətli ordusuna çevrilib. Çıxışlarda müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmət etməyin şərəfli və məsuliyyətli vəzifə olduğuna diqqət çəkilib. Gənclərə şərəflə xidmət etmək, Vətənin keşiyində möhkəm dayanmaq tövsiyə olunub. Müdafiə Nazirliyinin hərbi orkestrinin geniş konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb. N saylı hərbi hissəsinin əsgərlərinin nümnəvi çıxışları isə çağırışçılara ruh yüksəkliyi verib. Gənclər Azərbaycan bayrağını öpərək xüsusi avtobusla bölgü üzrə hərbi hissələrə yola düşüblər.

Mədət Nağıyev çağırşçı: Bu gün ordu sıralarında xidmət etməyə gedirik. Hamımız üzərimizə düşən məsuliyyəti yaxşı bilirik. Onu da bilirik ki, torpaqlarımızın böyük bir hissəsi işğal altındadır. Müstəqil ölkənin əsgəri olmaqdan böyük xoşbəxtlik ola bilməz.

Rauf Cəfərov valideyn: Bir valideyn kimi bu gün mən də övladımı hərbi xidmətə yola salıram. Biz Vətənimizi yağılardan qorumağa, işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazırıq. Bütün əsgərlərə hərbi xidmətdə uğurlar arzulayırıq.

Natiq Hüseyn