Dövlət İmtahan Mərkəzi 2019-2020 tədris ilində ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahan respublikanın 11 şəhərində aparılıb. Gəncədə ümumilikdə 6 binada təşkil edilən prosesdə iştirak üçün 2977 bakalavr qeydiyyatdan keçib, 22 imtahan rəhbəri və 244 nəzarətçi-müəllim ayrılıb. Budəfəki imtahan neqativ hallarla da yadda qalıb. Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, 1 abituriyent imtahana mobil telefon keçirdiyinə, 2 abituriyent isə sual kitabçasını dəyişdirdiyinə görə prosesdən xaric olunub, həmin abituriyentlərin nəticələri ləğv edilib. Bu gündən imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalına başlanılıb. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun vaxt apardığından imtahan nəticələrinin iyulun 22-də elan edilməsi nəzərdə tutulur.
- Baxış: 422