• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1126
— 06.07.2019 16:30

Goranboyda maddi mədəniyyət nümunələri tapılıb

KepezTV Player

Beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində Azərbaycan alimləri ilə yanaşı, Fransa və İtaliyanın bir neçə elmi mərkəzindən olan mütəxəssislər iştirak edir. Arxeoloji tədqiqat işləri Goranboy rayonu ərazisində yerləşən,  Eneolit dövründən Orta əsrlərədək bir neçə arxeoloji mədəniyyəti özündə əks etdirən Qaraçinar çoxtəbəqəli qədim yaşayış yerində aparılır. Qaraçinar abidəsi Eneolit, İlk Tunc, Antik və Orta əsrlər dövrlərini əhatə edir. Fransalı arxeoloq Culio Palumbinin sözlərinə görə, ərazidə tapılan maddi mədəniyyət nümunələri tək Qafqaz üçün deyil, bəşər tarixi üçün əhəmiyyət kəs edir.

Culio Palumbi fransalı arxeoloq: “Goranboy rayonun Qaraçinar qədim yaşayış məskəni Kür-Araz mədəniyyətini özündə əks etdirir. Burada bir neçə dövrlərə aid tapıntılar aşkar elədik. Tarixi və tərkibini öyrənmək məqsədilə bəzi nümunələri Fransaya göndərmişik. Ümumiyyətlə bu kimi abidələr qədim insanların yaşayış tərzini, onların mədəniyyətini öyrənməkdə bizə çox kömək olacaq.

Əldə edilən maddi mədəniyyət nümunələri və mədəni təbəqə yatımının xüsusiyyətlərinə əsasən abidənin əsas hissəsi Eneolit və İlk Tunc dövrlərinə aid edilir. Burada çiy kərpicdən dairəvi formada inşa olunan tikili qalıqları da aşkar edilib. İlkin tədqiqatlar göstərir ki, Qaraçinar qədim yaşayış yeri Kür-Araz mədəni təbəqəsinin qalınlığı baxımından Cənubi Qafqaz ərazisində qeydə alınan ən böyük abidələrdən biridir.

Müzəffər Hüseynov arxeoloq:Arxeoloji qazıntılarda iştirak etmək üçün İtaliyadan dəvət olunmuş topoqraf mütəxəssis tərəfindən abidənin geniş topoplanı və qazıntı sahəsinin 3D görüntüləri də hazırlanır.