• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1111
— 05.07.2019 17:24

E-qaimə fakturasının tətbiqinə dair tələblər artırılıb

KepezTV Player

Elektron qaimə fakturası 2017-ci ilin ortalarından tətbiq olunur. 2018-ci ildən bütün vergi ödəyicilərini əhatə edib. 2019-cu il yanvarın 1-dən etibarən isə elekton qaimə fakturanın tətbiqinə Vergilər Nazirliyi tərəfindən tələblər artırılıb. Bu tələblər artıq müsbət nəticələr verib. Qeyri-neft sektoru üzrə dövriyyələrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.3% artım olub və burada elektron qaimə faktura ilə rəsmiləşən dövriyyələrin xüsusi çəkisi çoxdur. Ümumiyyətlə dövriyyənin sənədləşdirilməsi vasitəsi kimi elektron qaimə faktura çıxış edir. Çünki bu, sahibkarların mal, iş və xidmətlərin təqdim edilməsi zamanı verməli olduğu rəsmi sənəddir.

Adil Şükürov 12 saylı Ərazi Vergilər Departamentinin şöbə rəhbəri:Elektron qaimə fakturanın verilməsi 2 sahibkar subyekti arasında bir tərəfin digər tərəfə malın. Işini, xidmətini təqdim etməsinin sübutu kimi çxış edir. Bu sənədi təqdim etmədən aparılmış əməliyyat zamanı hər iki tərəfə malı alan və təqdim edən tərəfə Vergilər Məcəlləsinin müvafiq maddəsi ilə maliyyə sanksiyası nəzərdə tutulmuşdur

Vergilər Nazirliyi yaxın gələcəkdə elektron qaimə faktura ilə vergi hesab fakturalarını birləşdirməyi nəzərdə tutur. Bu, sahibkara həm ƏDV-nin əvəzləşdirlməsi hüququnu verəcək, həm də malın satış sənədi kimi çıxış edəcək.

Adil Şükürov 12 saylı Ərazi Vergilər Departamentinin şöbə rəhbəri:Vergi hesab fakturası ƏDV ödəyicilərinə ƏDV-nin əvəzləşdirilməsi üçün vacib sənəddir. Eyni zamanda malın satışı elekron qaimə fakturası ilə rəsmiləşdirilir. Həm vergi hesab fakturası həm də elektorn qaimə fakturası məlumat baxımından məhsula dair eyni informasiyaları özündə cəmləşdirdiyindən bunların birləşdirlməsi nəzərdə tutulur. Vergi inzibatçılığını yüngülləşdirmək üçün və sahibkarın işini daha da asanlaşdırmaq üçün bu addımın atılması planlaşdırılır.