• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1533
— 05.07.2019 18:23

Goranboyda yüksək məhsuldarlıq üçün tədbirlər görülür

KepezTV Player

Goranboy rayonunda ötən il pambıqçılıq sahəsində yüksək göstəricilərə nail olunub. Bu il də əkin sahələrinə daha məhsuldar və xəstəliyə davamlı pambıq sortları əkilib. Artıq kultivasya və gübrələmə işləri başa çatıb. Hazırda 1-ci vegetasiya suyu verilir. Bəzi sahələrdə isə 2-ci vegetasiya suyuna hazırlaşırlar. Ötən il yaxşı qazanc əldə edən fermerlər pambıq sahələrini genişləndiriblər.

Ağ qızılın əkib beçərilməsi üçün fermer təsərrüfatları ilə müqavilə bağlayan pambıq tədarükü məntəqləri də öz dəstəyini göstərir. Təsərrüfatlar texnikalarla təmin olunurlar.

Dövlət tərəfindən pambıçılıqla məşğul olan fermerlərə subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırıb. Ötən il rayonda hər hektardan 30 sentner pambıq yığılaraq tədarük məntəqələrinə verilib.