• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 3267
— 05.07.2019 18:16

Gəncədə oğru dəstə ifşa edilib

KepezTV Player

Gəncədə mənzildən oğurluq edən şəxslər saxlanılıblar. 4 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri evdən xeyli miqdarda qızıl-zinət, digər qiymətli əşyalar, nağd pul aparıblar.

Oğurluq faktının üstünü Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları açıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslər Daşkəsən rayon sakini 26 yaşlı Rüfət Nəcəfov, Goranboy sakini 24 yaşlı Valeh Ramazanov, Göygöl rayon sakini 29 yaşlı Pərviz Məmmədov və Gəncə şəhər sakini 27 yaşlı Zəka Göyüyevdir. Dəstə üzvləri evdən 500 manat nağd pul, 16700 manat dəyərində qızıl-zinət əşyaları, 150 manat dəyərində mobil telefon və 40 manat dəyərində DVD aparatı oğurlayıblar.

Hüseyn Musayev müstəntiq: Həmin şəxslər istintaqa təqdim edilib. Onlar şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlanma yerinbə təhvil verilib. Qeyd olunan şəxslərin digər cinaytələrdə də iştirak edib etməməsi istiqamətində tərəfimzidən istintaq tədbirləri davam etdirilir.

Saxlanılan şəxslər istintaqa ifadələrində əməllərini etiraf ediblər. Onlar oğurluq cinayətini əvvəlcədən planlaşdırdıqlarnı və niyyətlərinin asan qazanc əldə etdmək olduğunu söyləyiblər.

Zəka Göyüyev saxlanılan şəxs: Küçədə durduq. Dörd nəfər olmuşuq. İki nəfər içəri daxil oldu. İki nəfər isə çöldə gözlədi. O evdən çıxan əşyaları dörd nəfər arasında böldük.

Pərviz Məmmədov saxlanılan şəxs: Pulla qızıl birlikdə 2000 manata yaxın  oldu. Böldük pulu öz aramızda xərclədik. Hərəyə 500 manat pul düşdü.

Saxlanılan Valeh Ramazanov və Rüfət Nəcəfov təklifin zərərçəkənin qonşuluğunda yaşayan Zəka Göyüyevdən gəldiyini, bundan sonra oğurluq cinayətini törətdikləri etiraf ediblər. Onlar əməllərinə görə şeytanı da təqsirkar biliblər.

Valeh Ramazanov saxlanılan şəxs: Gəldim uşaqlarda orada idi. Deddilər bir ev apara bilərikmi evdə heç kim yoxdu. Dedim heçnə girək. Heçnə girdik 4 ədəd 50 manatlıq çıxdı. Birdə 1450 manat qızıl elədi. Sabah uşaqlar apardı satdı. 100 manatda satana verdim.

Rüfət Nəcəfov saxlanılan şəxs: Valeh Pərvizdi mənəm üçümüz bir yerdə oturub çay içirdik. Birdən zəng gəldi ki belə bir şey var. Durduq getdik. Heçnədən sorğusuz suallsız elə bil nə isə allaha qurban olum ağlımız əlimizdən alındı. Şeytan girdi qəlbimizə bilmədim. 

Hazırda fakta görə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.

Natiq Hüseyn