• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1724
— 04.07.2019 20:35

"Kəpəz"in durumu futbol veteranlarını narahat edir

KepezTV Player

Azərbaycan futbolunun beşiyi sayılan Gəncədə son illər bu idman növünün enişdə olması veteran futbolçuları da narahat edir. Regionlara səfər çərçivəsində Nizami yurdunda olan Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev “Kəpəz”in bugünkü durumuna dair mövqeyini bildirib.

"Sarı-göylər"in artıq ikinci ildir ki, Premyer liqadan kənarda qalması futbol mütəxəssislərini də düşündürür. Ölkənin ən köklü klubları sırasında yer alan qərb təmsilçisinin hazırkı vəziyyəti veteranlar arasında böyük müzakirələrə səbəb olub. “Kəpəz”in yenidən yüksək dəstəyə qayıtması Azərbaycan Futbol Veteranları İttifaqının da diqqətindədir.

Qurum rəhbəri AFFA-nın baş katibi Elxan Məmmədovun Gəncədə futbol akademiyasının yaradılacağı ilə bağlı açıqlamasına da münasibət bildirib.

Futbol Veteranları İttifaqı bu ildən bölgələrdə veteranlarla görüş keçirir. AFFA-nın nəzdində fəaliyyət göstərən qurum bütün regionları gəzərək keçmiş futbolçuların problemlərinin və onları narahat edən məsələlərin həlli yollarını axtarır.

Orxan Cəfərzadə