Ölkə ərazisində, o cümlədən qərb bölgəsində taxıl biçini davam edir. Fermerlər lazımi sayda kombaynla təmin olunublar. Qazax rayonunda da zəmilər məhsuldarlığı ilə seçilir.
Qazaxda ümumlikdə 12 555 ha-da taxıl əkilib. Bundan 8305 ha-nı buğda, 4250 ha-nı isə arpa sahələri təşkil edir. Aqrotexniki tədbirlərin vaxtında və diqqətlə aparılması sayəsində məhsuldarlıq yüksəkdir.
Barat Vəliyev Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri: Bu gunə qədər 5 min 41 sahədə bugda, 4 min 196 ha sahədə isə arpa biçini aparılıb.Bugdanın orta məhsuldarlıgı 37.6 senter, arpanın ki isə 24.5 sent təşkil edir.
Birinci Şıxlı kəndində yerləşən fermer təsərrüfatının ərazisində 5 kombayn işləyir 3 ildir yaradılan təsərrüfatda 267 ha sahədə buğda, 621 ha da arpa, 213 ha sahədə kartof əkilib. Arpa üzrə hər hektardan 34 sentner, buğda üzrə isə 36 sentner məhsul götürülüb. Dövlətin də diqqət qayğısı ilə genişlənən təsərrüfat kənd sakinlərinin işlə təminatında böyük rol oynayır.
Səfurə Vəliyeva fermer: Verilən dovlət mineral gubrələrdən texnika və subsiyadalardan istifadə edərək sahələri bir qədər genisləndirmisik. Hazırda 45 nəfər daimi 40 yaxın isə movsumu işlə təmin olunub. 400 yaxin şəxsin işlə təmin olunması gozlənilir .
Ümumilikdə Qazax rayonu üzrə taxıl sahələrinə 54 kombayn cəlb olunub. Biçinin vaxtında, rahat aparılması və itkisiz başa çatdırılması üçün bütün tədbirlər yerinə yetirilib.
Natiq Hüseyn
- Baxış: 452