• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1879
— 04.07.2019 20:33

Lazımi xidmətlər daha əlçatan oldu

KepezTV Player

Bərdə ASAN Xidmət Mərkəzinin əməkdaşları tərəfindən sakinlərə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq; torpaq kadastrı barədə arayışların verilməsi, daşınmaz əmlak üzrə əməliyyatların qeydiyyatı, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı kimi xidmətlər səyyar şəkildə göstərilir.

Murad İbrahimov Səyyar ASAN-ın qrup rəhbəri:Ümuniyətlə bu günə qədər xidmətimizə 3 mindən artıq vətəndaş müraciəti qeydə alınıb. Bu xidmətlərin əksəriyyəti notariat, şəxsiyyət vəsiqlərini verilməsi və dəyişdirilməsi xidmətlrinin payına düşür.

İsti yay günlərində sənədləşmə məsələlərini uzaq məsafə qət etmədən, öz rayonlarında həll edən sakinlər yaradılan şəraitdən olduqca məmnundurlar.

Sədaqət Salmanova sakin:Mən bura öz mülkiyyətimin qızıma hədiyyə edilməsi üçün müraciət etmişəm. Məni çox yaxşı qarşıaldılar, işlərimizi və sənədləşməni qanunvericilik çərçivəsində həll elədilər.

Bəxtiyar Məhərrəmov sakin:Vaxt itirmədən və əlavə xərc çəkmədən rüsumu ödədi. Asan yolla sürücülük vəsiqəmi əldə elədim.

ASAN Xidmətin səyyar avtobusunda yardımçı funksional xidmətlər də göstərilir. Bunlara tibb, tərcümə, eləcə də “Azəriqaz” tərəfindən göstərilən xidmtətlər daxildir.