• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 04.07.2019 12:35

Qardaş qardaşı güllələdi

KepezTV Player

Şəmkirdə silahlı insident baş verib. DİN-in 102 zəng xidmətinə Qarabağlar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər.Araşdırmalarla kəndin əkin sahəsində Elşad Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı Rəşad Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib. Elşad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.