• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 04.07.2019 12:33

Məişət tullantıları ilə bağlı monitorinqlərə başlanılıb

KepezTV Player

Yay mövsümünün aktual məsələlərindən biri məişət tullantılarının idarə olunmasıdır. Tullantıların hara gəldi atılması və vaxtında daşınmaması ekoloji tarazlığın pozulmasına gətirib çıxarırır, ətraf mühitə, insan sağlamlığına mənfi zərər verir. 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xidməti ərazisinə daxil olan Gəncə və Naftalan şəhərlərinə, eləcə də Samux, Göygöl və Daşkəsən rayonlarına bərk məişət tullantılarının idarə olunması üçün xəbərdaredici məktublar ünvanlayıb. İsti yay günlərində məişət tullantılarının gün ərzində aidiyyəti qurumlar tərəfindən daşınması və zərərsizləşdirilməsi, sakinlər tərəfindən tullantıların təyin olunan yerlərə atılması tövsiyə edilir. Ekoloji qanunvericiliyin tələblərini pozanlar barəsində inzibati qaydada cərimələr tətbiq olunacaq. Artıq 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi bunula bağlı monitorinqlərə də başlayıb.

Natiq Bayramov İdarənin sektor müdiri:Mövsümlə bağlı daha çox tullantılar olur və tutumlara ehtiyac böyük olur. Apardığımız monitorinqlər zamanı məişət tullantılarını paket torbalarda tutumların ətrafına atılması hallarına rsat gəlirik. Buda külək nəticəsində və ya it, pişiklərin nəticəsində politelin torbalardakı zibil ətrafa dağıdılaraq ekologiya pozulur.  Bu günə qədər tərəfimizdən məişət tullantıların idarə olunmaması ilə bağlı 8 nəfər barəsində tədbir görmüşük. Həmin cərimələrdən 2 nəfəri vəfifəli şəxslər, 6 nəfər isə fizik şəxsdir.