KepezTV Player
Sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan millisi iyulun 7-dən 17-dək Yaponiyada təlim-məşq toplanışı keçəcək. Yığma gündoğar ölkəyə müxtəlif çəki dərəcələrində 10 idmançı ilə yollanacaq. Paytaxt Tokiodakı hazırlıqda Gəncə güləş məktəbinin yetirməsi Turan Bayramov da iştirak edəcək. 65 kq-da çıxış edən Bayramov öz çəkisində yerli idmançılarla gücünü sınayacaq. Məşqlər dünya birinciliyinə hazırlıq xarakteri daşıyır.
Orxan Cəfərzadə
- Baxış: 581