Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan səyyar aksiyalar vətəndaşların elə yaşadıqları kənd və qəsəbələrdə qeydiyyat xidmətlərindən yararlanmasını təmin edir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasından Samux rayonunun Qarayeri qəsəbəsinin sakinləri də maksimum yararlanmağa çalışırlar.
Mahirə Məmmədova qəsəbə sakini: Əmlak Komitəsinin səyyar avtobusu bizim qəsəbədə oldu. Məndə evimin çıxarışını almaq üçün onlara müraciət etdim. Onlarda lazımı sənədlərin təşkili üçün mənə köməklik etdilər. Bu köməkliyi bu şəraiti bizə yaratdığı üçün qəsəbə sakinləri adından ölkə prezidentinə minnətdarlığımı bildirirəm.
Vətəndaşlar yaşayış, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə yanaşı, hüquqi yardım və məsləhət üçün də səyyar avtobusa müraciət edirlər. Ümumilikdə Qarayeri qəsəbəsində 1650 ev var. Onların təxminən 80 faizinin sənədləri qaydasında deyil.
Nizami Ələsgərov Qarayeri qəsəbə bələdiyyəsinin sədri: Sənədlərdə düzəlişlər olmalıdır. Bununla əlaqədər olaraq Qarayeri qəsəbəsində Əmlak Komitəsinin əməkdaşları səyyar qaydada əhali ilə görüşür. Gün ərzində 150-180 nəfər əhalini qəbul edib. Sənədlərinə baxış keçirilir.
Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası vaxta qənaəti təmin edir, sakinlərin qeydiyyat üçün digər yerlərə getməsinə ehtiyac qalmır.
- Baxış: 809