• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 741
— 02.07.2019 20:30

Gəncədə şəhər rəhbərliyi ilə sakinlərin görüşü davam edir

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun növbəti belə görüşü Şahlar Hüseynov, İsax Cəfərov və Azərbaycan Bayrağı küçələrinin sakinləri ilə keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Bayrağı küçəsində asfalt örtüyü yenilənib, gecə işıqlandırma sistemi quraşdırılıb, binaların fasadları təmir edilib. Müraciət edən sakinlər əsasən binaların həyətlərinin səliqəyə salınmasını, ara küçələrin asfaltlanmasını xahiş ediblər. Bununla yanaşı, marşrut xəttlərinin uzadılmasını, digərlərinin isə iş qrafikinin artırılmasını istəyiblər. Görüşdə işlə təmin olunmaq istəyən bir neçə sakinin müraciətinə baxılıb. Sakinlərin su, qaz və işıqla bağlı problemləri də dilə gəririlib. Səsləndirilən bəzi məsələr yerindəcə həllini tapıb, digərlərinin araşdırlaraq qanunauyğun həll dilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.