• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1205
— 02.07.2019 12:32

Oksigeni bol Xoşbulaq yaylağı

KepezTV Player

Statistik məlumatlara görə, yay mövsümü ərzində 12 minə yaxın yerli və xarici turistin üz tutduğu Daşkəsən rayonunun Xoşbulaq kəndi əsrarəngiz gözəlliyinə və bol oksigeninə görə, insanları özünə cəlb edir.

Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Xoşbulaq yaylasına cəlb edir. Qonaqlar kənd turizmindən yararlanaraq buradakı evərdə və ya qurulan çadırlarda qalırlar. Mənzillərin kirayəsi şəraitinə görə fərqlənir.

Hətəm Əzizov Xoşbulaq kənd inzibati ərazi nümayəndəsi:“Mövsüm ərzində yaxşı şəraitli evlər 1500 manata təklif olunur. Orta şəraiti olan evlərə isə 1000 manat kirayə verilir. Gələcək üçün nəzərdə tutulub ki, burada 4-5 mərtəbəli otellər tikilsin. Bu da qiymətlərə yaxşı mənada təsir göstərəcək. Bura gələn insanların sayı artacaqdır”

Xoşbulağın təmiz havası insan sağlamlığı üçün müalicəvi əhəmiyyətə malikdir. Bunu yerli sakinlərlər yanaşı, turistlər də təsdiq edirlər.

Akif Rzayev Xoşbulaq sakini:“Burada o qədər hava gözəldir ki, yerli turistlərlə yanaşı xarici qonaqlarda bölgəyə üz tutur. Dünyada deyilənə görə, oksigen bolluğuna görə, bura 2-ci yerdə dayanır. Xoşbulaq çox yaralı və keyfiyyətli yerdir”

Xosrov Bağırov turist:“10 ilə yaxındır ki, hər il Xoşbulaq yaylasına gəlirəm. Havası, suyu ekoloji təmiz, insanları da çox qonaqpərvərdir. 50 yaşımdan sonra buralara tez-tez gəlməyə başladım, sağlamlığım üçün əhəmiyytlidir.”

Turistlərə ərazidə istirahətlə yanaşı, 3361 metr hündürlüyü olan Qoşqar dağının zirəvəsinə yürüşlər etmələri və Xoşbulaq ərazisindəki göldə balıq tutmaq kimi istirahət növləri də təklif olunur.