• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1134
— 02.07.2019 12:27

Samuxda Polis işçilərinin peşə bayramı qeyd olunub

KepezTV Player

Azərbaycan polisinin yaranmasının 101-ci ildönümü və polis işçilərinin peşə bayramı Samux rayonunda qeyd edilib. Tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, rayon rəhbərliyi və digər rəsmi şəxslər, eləcə də veteran polislər iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət olunub. Bayram tədbirində Daxili İşlər naziri Vilayət Eyvazovun şəxsi heyətə təbrik məktubu oxunub. Samux Rayon Polis Şöbəsinin rəis əvəzi, polis polkovnik-leytenantı Malik Məmmədov  Azərbaycan polisinin şərəfli tarixinə nəzər salıb. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyi naminə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir. Polis işçilərini təbrik edənlər onların ölkədə ictimai-siyasi asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirdiklərini vurğulayıblar. Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərman, pul mükafatı və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Natiq Hüseyn