• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1104
— 01.07.2019 20:22

Gəncə sakinindən 27 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. Çətənə kolları əkib becərən şəxs saxlanılıb. Şəhər sakini 39 yaşlı Nəsimi Hüseynovun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə dibçəklərdə becərilmiş, ümumi çəkisi 6 kiloqramdan artıq çətənə bitkisi aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma davam etdirilir.