• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2275
— 28.06.2019 19:39

Ağstafada ağır qəza: ölən və xəsarət alanlar var

KepezTV Player

Ağstafada baş verən ağır yol qəzasında iki nəfər həyatını itirib, ikisi isə ağır yaralanıb. Hadisə  rayonun Poylu qəsəbəsinin  ərazisində  Ağstafa-Poylu-Sadıxlı yolunda qeydə alınıb. İdarətmədən çıxan Mersedesin dərəyə   yuvarlanması nəticəsində Cəsur Ağayev və Fərhad Əliyev hadisə yerində   dünyasını  dəyişiblər. Avtomobildə olan digər iki nəfər, rayon sakinləri – 30 yaşlı Ramil Kazımov və 28 yaşlı Vüsal Axundov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Məlumata görə, avtomobil hazırda yaralı olan  Vüsal Axundova məxsus olub. Dünyasını dəyişən Fərhad Əliyev Ağstafa rayonundan, Cəsur Ağayev isə Biləsuvar rayonundan olub. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.