• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 873
— 28.06.2019 20:08

Teatrın texniki bazası yenilənir

KepezTV Player

Artıq Gəncə Dövlət Dram Teatrının səhnəsində müasir işıq effektləri, səs gücləndirici avadanlıqlar, mikrafon və digər texniki təchizat quraşıdırlıb. Bundan başqa ehtiyac duyulan bəzi müasir avadanlıqlar da alınacaq. Bütün bunlar ölkə başçısının sərəncamı ilə Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün ayrılan vəsait hesabına edilir.

İlk dəfədir ki, 136 nəfərlik kollektivi olan Gəncə Dövlət Dram Teatrında bu cür aydın səslə, eləcə də müasir işıq effekti ilə tamaşa oynanılır. 400 yerlik zalı olan teatrda tamaşalar müasir avadanlıqlardan istifadə edilməklə təqdim ediləcək.

Məşhur ingilis dramaturqu Uilyam Şekspirin “Hamlet” faciəsinin daxili baxışı üçün oynanılan tamaşa həm də yeni alınan avadanlıqların ilk sınağı olub. Şekspirin yaşadığı dövrlə müasir dövrün sintez edildiyi səhnə əsərində bütün incəliklər aydın təqdim olunur.

Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru: Biz çalışırıq ki, bütün görülən işlərin hamısı lazımı istiqamətdə yönəldilsin. Cənab Prezidentin sərəncamında qeyd olunduğu kimi teatrımızın maddi texniki bazası, texniki avadanlıqları yüksək səviyyədə ən son modellərlə təchiz olunsun. Bunlar bizim tamaşalrın bədii cəhətdən daha yüksək səviyyədə getməsi üçün kömək edəcək. Qrim otaqlarında olan lazımı avadanlıqları, səhnədə olan dairəvi sistemdə müəyyən probləmlər var ki, onun də görülməsi nəzərdə tutulur.

Artıq teatr üçün ehtiyac olan texniki avadanlıqlarının böyük bir qismi alınıb. Müxtəlif funksiyaları yerinə yetirən 30 ədəd mikrrafon və qulaqcıqlar, səhnə üçün 2 ədəd müasir işıq effekti, səs yazma studiyası üçün bütün qurğular eləcədə binada təhlükəsizlik kameraları quraşdırılıb.

Salədin Həsənov - sex rəisi: İşləyə bilmirdik. Çətinliklə işləyirdik. Məcbur idikki, çatışmıyannı başqa yerdən gətirək. Amma bu gün müasir avadanlığın olmağı bizə çox kömək edəcək.

Elvin Alnağıyev - aktyor : Xüsusi işıq effektləri, səs avadanlıqları çox gözəldi.Təbii ki, bu da aktyoru sevindirir. Bizdə çalşırıq ki, bundan da yüksək səviyyədə çıxış edək ki, teatrsevərlər teatrdan razı qalsınlar.

Gəncə Dövlət Dram Teatrı iyulun 15-də mövsümü bağlayacaq. Yeni yubley mövsümü isə yeni təchiz olunan avadanlıqlarla açılacaq.

 

Elnur Vahidoğlu