• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1314
— 28.06.2019 20:13

Peşə təhsili alıb məzun oldular

KepezTV Player

Gəncənin peşə təhsili müəsisələrində məzun günü keçirilib. Gəncə Dövlət Peşə Təhsil Mərkəzində 53 qrup və 28 ixtisas üzrə 972 tələbə təhsil alır. Onlardan 65 ödənişli əsaslarla 907 nəfəri isə dövlət hesabına oxuyur. Mərkəzdə təhsil alan 432 tələbə bu gün məzun adını qazanıb. Ən müasir tələblər səviyyəsində qurulan peşə təhsili müəsisəsi müxtəlif sahələr üzrə ixtisaslı kadrlar yetişdirir. Məzun günündə peşəkar kadrlara iş təklifləri də olub. 50 yaxın idarə, müəsisə və təşkilatın qatıldığı məzun yarmarkasında tələbələrə birgə əməkdaşlıq üçün vakant yerlərlə bağlı məlumat verilib. Tədbirin sonunda təhsildə fərqlənən tələbələrə fəxri fərman və mükafatlar təqdim olunub.

Fazil İsmayılov - Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin ticarət və xidmət üzrə direktoru: Hal hazırda tələbələrin peşə hazırlığı ilə bağlı mərkəzin hər 3 korpusunda ixtisaslara uyğun 20- yaxın tam təmin olunmuş tədris emalatxanaları var. Biz şagirdlərə peşələrin öyrənilməsində, əyani sürətdə avadanlıqlardan istifadə edilməsində, təlim keçmiş müəllimlərimizin, təlim ustalarımızın onlarla məşğul olmasında ciddi nəzarət edirik və peşə hazırlığını çalışırıq yüksək səviyyədə həyata keçirək.

Elsəma Əliyeva - məzun: Müəllimlərin əziyyəti sayəsində bu gün bu səviyyəyə çatmışıq. Biz yorulsaq belə onlar hər zaman bizə əzmlə dərs keçiblər. Bu məktəbdə istənilən səviyyədə şərait yaradıblar ki, biz daha yaxşı təhsil alaq. Bunun üçün bütün müəllimlərimə təşəkkür edirəm.

Məzun: Mənə burada yaradılan diqqət və qayğıya görəbütün müəllimlərimə ğz təşəkkürümü bildirirəm. Mənə imkan verdilər burada təhsilimi aldım, sənəd, peşə sahibi oldum. Sonra isə mənə imkan yaratdılar mən hazırlaşıb ali məktəbə qəbul oldum. Bütün müəllimlərimə minnətdarlığımı bildirirəm.