• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2001
— 28.06.2019 12:16

Təlıimçilər üçün təlim keçirilir

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində təlimçilər üçün təlimlər keçirilir. Məqsəd bölgələrdə təlim keçən müəllimlərin müasir metodlara yiyələnməsinə yardım etməkdir. Fermerləri məlumatlandıran təlimçilərin də hər zaman müasir medotlara yiyələnməsi, mütərəqqi üsullardan istifadə etməsinin vacibliyi nəzərə alınaraq təlimlər həyata keçirilir. 40-a yaxın iştirakçıya təlimçinin davranış qaydaları və müasir metodik üsullar barədə məlumatlar verilib. Universitetin aqronomluq fakültəsində reallaşan təlim növbəti günlərdə spesifik ixtisaslar üzrə keçiriləcək. Proisesə yeni təlimçilərin cəlb olunması işləri də davam etdirilir.

Eldar Mustafayev - ADAU-nun prorektoru: “Kənd təsərrüfatı nazirliyinin təlim proqramına uyğun olaraq Aqrar Universitet olaraq müxtəlif bölgələrdə fermerlər qarşısında təlimlər həyata keçirilimişdir. Təlimlərin məqsədi ondan ibarətdir ki, fermerlərin daha da maarifləndirilməsi işləri həyata keçirilsin. Və mütərrəqi üsullar təbliğ edilsin”.

Fəqan Ağayev - ADAU-nun Bağçılıq kafedrasının dosent əvəzi, təlimçi: “Müxtəlif qrup işləri, fərdi təqdimatlar üzrə fikir mübadiləsi apardıq. Təlimlər silsilə xarakter daşıyaraq növbəti həftədə fakültələr üzrə daha kiçik sayda təxminən 12-15 nəfər təlimçi olmaqla fakültə üzrə silsilə olaraq davam edəcəkdir. Gələcəkdə aqrar universitetin müəllimlərinin bölgələrdə təlimçi kimi verdikləri təlimlərdə daha yüksək nəticələr əldə etmələrinə kömək edəcəkdir”.