İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində fəxri kürsüyə yüksələn gəncəli sərbəst güləşçi Murad Haqverdiyev doğma şəhərinə qayıdıb. İdmançı Apennin yarımadasında yalnız final görüşündə uduzaraq gümüş medal qazanıb. 65 kq-da çıxış edən Nizami yurdunun yetirməsi mübarizəyə 1/8 finaldan başlayaraq müvafiq olaraq Rusiya, Moldova və Türkiyə təmsilçilərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Həlledici görüşdə isə rəqibinə uduzub. Qitə birinciliyinin medalçısını Gəncənin girişində şəhərin idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar. Nizami Gəncəvinin məqbərəsi önündəki qarşılanma mərasimində Muradı təbrik edənlər onun potensialının daha böyük uğurlar qazanmağa imkan verdiyini deyiblər. Gələcəyinə böyük ümidlər bəslənən Haqverdiyevin Gəncə güləş məktəbinin titullu simaları arasında yer ala biləcəyi vurğulanıb.
Orxan Cəfərzadə
- Baxış: 802