Ramiz Bağırov bu il əla qiymətlərlə Məhəmməd Hadı adına 10 nömrəli tam orta məktəbi bitirib. O, bu uğuruna görə qızıl medal almağa namizəd məzunlardandır. Lakin Ramizin nailiyyətləri bununla yekunlaşmır. Bağırov həm də bu il Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika Fənn Olimpiadasının qızıl medal mükafatçısıdır. O, bu uğura tarix fənni üzrə ən yaxşı nəticə göstərməklə nail olub.
Ramiz Bağırov olimpiadanın qalibi: “İlk dəfə idi ki, olimpiadaya qatılırdım. Düzdü, rəqiblərimin təcrübəli olduğu üçün onların üstünlükləri idi. Amma mən bununla belə, özümə,q alib gələcəyimə inanırdım”.
Sən demə, Ramizin uğur qazanacağını məktəbin kollektivi ta başdan təxmin edib.
Arzu Əliyeva məktəbin direktoru: “Bu uğurda həm məktəb kollektivinin, valideynlərinin, həm də ona dərs deyən müəllimlərinin zəhməti olub. Ramizin şəxsən özünün çalışqanlığı, fədakarlığı, inadkarlığı da onun qabiliyyətinə gətirib çıxarıb.”
Respublika 1-cisi, 9-cu sinif buraxılış imtahanında yüksək nəticələr əldə edən şagirdlərdən ibarət seçmə sinifdə təhsil alıb və hər zaman öz üzərində əzmkarlıqla çalışıb.
Ramiz Bağırov olimpiadanın qalibi:“Məktəbdə keçdiyimiz mövzunu dərslik vəsaitlərindən oxumaqla kifayətlənmirdim. İstər yerli, istər xarici mənbələrdən, internetdən əlavə məlumatlar almaq üçün daha çox çalışırdım”.
Ramiz Bağırova məktəbdə tarix fənnini müəllimi Flora Abbasova tədris edib. Qızıl medal mükafatçısı Respublika Fənn Olimpiadalarında əlavə mənbələrdən olan sualların sayca çoxluq təşkil etdiyini nəzərə alıb, final mərhələsində açıq tipli, düşündürücü sualların öhdəsindən layiqincə gəlib.
Arzu Əliyeva məktəbin direktoru: “Belə güman edirik ki, məktəbimziin nailiyyətləri davamlı olacaq. Ramiz kimi şagirdlərimiz bundan sonra da olacaq”.
Respublika Olimpiadasının qalibi qəbul imtahanında 621 bal toplayıb. Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almaq niyyətindədir.
- Baxış: 665