• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 27.06.2019 13:56

Ekologiya və turizm

KepezTV Player

Ümumi sahəsi 12 min hektar olan Göygöl meşələrinə il ərzində minlərlə insan istirahətə gəlir. Bura gələn turistlər ərazidə fəaliyyət göstərən 36 iaşə obyektinin xidmətlərindən istifadə edir və ya meşə massivində fərdi qaydada istirahətə üstünlük verir. Ərazidə mütamadi olaraq aidiyyatı qurumlar tərəfindən təblığat işləri aparılsa da ərzinin təmiz saxlanılması, meşə zolağında ekoloji tarazlığın qorunması kimi halların pozulmasına da rast gəlmək mümükün olur. Ərazinin ekoloji tarazlığının pozulması ilə nəticələnən tullantılar istirahət məqsədilə gələn insanlarda da narahatçılığına səbəb olur.

Cəlil Yolçuyev istirahətə gələn:“Biz bura istirahətə gəlirik və özümüzlə yemək gətiririk. O demək deyil ki, yeyeib içəndən sonra biz zibillərimzi bura atıb getməliyik. İstirahətimizi bitiridikdən sonra tullantıları yığırıq torbalara yol kənarlarında qoyulan zibil yeşiklərinə atırıq. Şəxsən bir neçə dəfə tullantıları hara gəldi atanarada öz etirazımı bildirimişəm.

Elgün Həsənli inzibatçı:“Bizim restoran uzun müddətdir ki, meşə zolağında əhlaiyə xidmət göstəriri. Hər gün ərazidə təmizlik işləri aparırır, bura gələn müştəriləri maarifləndiririk ki, ərazini çirkləndirimiyin. Yığılan tullantılar hər gün ayrılna xüsusi maşınlara yığılaraq ərazidən daşınması təmin olunur.

Göygöl Regional Meşə Mühafizəsi və Bərpası müəssiəsindən verilən məlumata görə, 2019-cu ilin 6 ayı ərzində bölgədə ekoloji qanunvericiliyi pozan 2 sahibkarlıq subyekti barədə  inzibati tədbirlər görülüb.

Zakir Qəhrəmanov meşə gözətçisi:“Hər biriizin borcudur ki, bu təbiəti qoruyaq və bu gözəlliyə sahib çıxaq. Mütamadi əraziyə istirahətə gəliriksə öz evimizi kimi buranıda təmiz saxlamalıyıq.

Müəssisə tərəfindən monitorinqlər də aparılır ki, bu mövsümün sonuna qədər davam etdiriləck.

İlqar Əliyev hüququşünas:“ Monitorinqlər keçirimiş ərazidə. Çərimələrdə tətbiq etmişik bir neçə sahibkarada şifahi xəbərdarlıq etmişik ki, meşə zolağının zibillməmsinlər. Məqsədimiz bu kimi neqativ hallardan insanları çəkindirməkdir. Bu bizim xalqın, dövlətin milli sərvətidir.

Yoxlamalar zamanı ekoloji qanunvericiliyin tədbirlərini pozan hüquqi və fizik şəxslər məsuliyyətə cəlb olunur.