• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2510
— 26.06.2019 17:33

Gənclər öz istedadlarını nümayiş etdirdilər

KepezTV Player

Gəncədə bir qrup gənc ART Garden-də toplaşaraq öz istedadlarını nümayiş etdiriblər. Kimisi öz ifa tərzi ilə, kimisi söylədiyi şeirləri ilə, kimisi isə göz oxşayan əl işləri ilə gələn qonaqların rəğbətini və alqışlarını qazanıblar. Tədbirdən çox maraqlı görüntülər var, birlikdə izləyək.

Gəncədə Dünya azərbaycanlılarının mədəniyyət mərkəzi ictimai birliyi və "Art Garden Gallery"nin təşkilatçılığı ilə bir qrup istedadlı gəncin çıxışlarından ibarət “İncəsənət günü” adlı tədbir keçirilib. Müxtəlif yaş qruplarına məxsus xanım və bəylərin çıxışlarından ibarət musiqi kompazisiyası, rəqslər və gənclərin müxtəlif mövzularda yaratdıqları sənət nümunələri nümayiş olunub.

İştirakçılar arasında peşəkar rəssam və musiqiçilər, ali məktəb tələbələri və şagirdlər də yer alıb. Ümumilikdə, 30-a yaxın gəncin iştirak etdiyi tədbirdə müxtəlif əşyalardan hazırlanan əl işləri və incəsənət nümunəsi nümayiş olunub.

Gəncədə istedadlı insanları üzə çıxarmaq və bir araya toplamaq məqsədi daşıyan tədbirin davamlı olacağı planlaşdırılıb.