• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 702
— 26.06.2019 16:02

Qızıl qiyməti "qızdırıb"

KepezTV Player

Gəncədə qızılın qiymətində artım müşahidə edilir. Bu isə alıcılıq qabiliyyətini aşağı salmaqla bazarda durğunluğun yaranmasına səbəb olur. Vəziyyətin bu cür olması satıcıların ürəyincə deyil.

Kənan Qasımov - satıcı: Bizdə qiymətlər bahalaşıb. 750 probun qiyməti bahalaşıb, 585 probun, Rus qızılın qiyməti bahalaşıb. Bu gün Rus qızılın əldən alışı 43-44 manatdır, onu da satırıq 48 manata. Türk qızılın satış qiyməti 60 manat, 750 probun qiyməti isə 65 manatdır.

Gəncdə qızıl alqı-satqısı ilə məşğul olan ticarət obyektlərində hər zövqə uyğun qızıl məmulatlarına rast gəlmək mümkün olsa da qıiymətlər heç də ürək açan deyil. Ən çox tələbat olan nişan üzüklərinin qiyməti isə qaşından asılı olaraq dəyişir.

Qızıl dəstlərinin qiymətinə gəlincə isə İtaliya istehsalı olan dəstin qiyməti 2000 manatdan 18 min manata kimi, Rusiya istehsalı olan dəstin qiyməti 1000 manatdan 10 min manata kimi dəyişir. Türkiyə və Səudiyyə Ərəbistanı istehsalı olan dəstlərə isə müvafiq olaraq 1500 manatdan, 20 min manata kimi qiymət qoyulub. Hətta qızıl bazarında qiyməti 40-50 min manat olan dəstlər də var.

Cəmaləddin Əsədov - satıcı: Qiymət çox qalxıb. Hardasa qramında 3-4 manat qalxıb. Dünya bazarında qıiymətlər qalxır ona görədə qalxır

Qızıdan fərqli olaraq Gəncədə gümüşün alqı və satqısında heç bir fərq yoxdur. Yəni gümüşün qramı 5-6 manata alıcılara təkilf olunur.

 

Elnur Vahidoğlu