• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2275
— 26.06.2019 12:21

İctimai Nəzarət Şurasının üzvləri imtahanları izləyiblər

KepezTV Player

Gəncə Dövlət Universitetində 2018/2019-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasında imtahanlara İctimai Nəzarət Şurası baxış keçirib. Ictimai nəzarətin həyata keçirilməsində məqsəd hesabatlılığın təmin edilməsi və şəffaflığın artırılmasıdır. İctimai Nəzarət Şurasının üzvləri, media nümayəndələri və digər iştirakçılar imtahan prosesini auditoriyalarda izləyib, sessiyasının gedişinə nəzarət edən, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması işini həyata keçirən Qərargahın və onun nəzdində apellyasiya komissiyalarının fəaliyyəti ilə tanış olublar.

İrina Kalaşnikova - “Novosti Qyandji” qəzetinin baş redaktoru: Universitetə daxil olanda təəcüblənməyə bilməzsən. Həm tələbələr, həm də müəllimlər baxımından. Bizim vaxtımızda belə imkanlar və şarait yox idi. Odur ki, bu cür elm məbədində təhsil almaq təhsil vermək qədər şərəflidir.