Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinin əməkdaşları 26 İyun Silahlı Qüvvələr Günündə torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının xatirəsini yad edib. Şəhidlər xiyabanında uyuyanların qəbrləri ziyarət edildikdən sonra şəhid ailələri ilə görüş olub. Xidmətin Kəpəz rayon şöbəsinin rəisi Elşən Abbasov dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Azərbaycanda hərbi qulluqçuların, şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbilərdən söz açılıb. Ənənə halını alan bu cür görüşlər şəhid ailələrinin üzvləri tərəfindən yüksək qiymətləndirilib. Bayram günü ilə əlaqədar olaraq şəhid ailələrinə sovqatlar təqdim olunub.
Natiq Hüseyn
- Baxış: 752