• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1307
— 26.06.2019 12:14

Ucqar kəndin sakinləri təbii qazın gəlişinə sevindilər

KepezTV Player

Dövlət proqramına uyğun olaraq Gədəbəy rayonunun ucqar kəndlərinin qazlaşdırılması davam edir. Silhalı Qüvvələri günündə rayonun sərhəd bölgəsində yerləşən daha üç yaşayış məntəqəsinə təbii qaz verilib. Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndlərinin sakinləri bu gündən qazadan istifadə edirlər.

Müşgünaz Əliyeva - sakin: Biz o qədər əziyyət çəkmişik. İldə 400-500 manatlıq  odun gətirirdik. Oda bizi görmürdü. Meşəmiz qırılırdı. Çox əziyyət çəkirdik. 

Çəkilən əziyyətin arxada qaldığına sevinən Köhnəqışlaq kəndinin sakinləri ta odun sobalarının yaratdığı hisi təmizləməyəcək. Elə qışın soyuğunda da istiliklə bağlı çətinlik yaşamayacaqlar.

Fərhad Hüseynov – sakin: Qaz çəkildi elə bil bizə dünyalar bağışlandı. Çünki biz çox əziyyət çəkirdik. İşləyən də var, işləməyən də var. Həm pulumuz çıxırdı, həm də əziyyətimiz olurdu. Amma bu qazın çəkilişi elə bil dünyanın var dövlətini bizə bağışladılar.

Yenikənd, Çobankənd və Köhnəqışlaqda ümumilikdə 521 abonent var. Kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 45 kilometrə yaxın müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

İlqar Abdullayev – sakin: Ümumiyyətlə bu gün qazın istifadəyə verilməsi biz Gədəbəyliləri, biz kənd sakinlərini olduqca sevindirir. Bütün işlərə görə ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk. Cənab prezidentimiz sağ olsun.

Hazırda rayonun 63 yaşayaış məntəqəsi üzrə 13 150 abonent mavi yancaqdan istifadə edir. Bu il dövlət proqramına uyğun olaraq daha 8 kəndin qazlaşdırılması nəzərdə tutulub. Yaxın günlərdə Novoivanovka, Çiçəkli və Şahdağ kəndlərinə də təbii qaz veriləcək. Qurudərə və Sarıköynək kəndlərinin qazlaşdırması istiqamətində işlər isə davam etdirilir. Rəmzi məşəl alovlandırıldıqdan sonra evlərdə qaz sobaları yandırılıb. Abonentlərə qazdan düzgün istifadə və təhlükəsizlik qaydaları izah edilib.

 

Natiq Hüseyn