Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib. Dövlət başçısı Ramil Usubovun uzun illər Daxili İşlər naziri vəzifəsini uğurla icra etdiyini bildirib. Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu vurğulayan Prezident ölkə qarşısında duran vəzifələrin lazimi səviyyədə icrası üçün təhlükəsizlik tədbirlərinin daim gündəlikdə olmasının önəmini qeyd edib. Ölkə başçısı Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb. Ramil Usubov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin böyük əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulayıb.
- Baxış: 732