Azərbaycanda son bir neçə il ərzində allergik xəstəliklərdən əziyyət çəkənlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Alllerqoloqların sözlərinə görə, son dönəmdə insanlar arasında daha çox allergik rinit geniş vüsət alır.
Elvira Qapaqova GBX-nin allerqoluqu:“Dünya əhalisinin 500 milyondan çoxu bu xəstəlikdən əziyyət çəkir. Hər 5 insandan birində bu əlamətlər var. Burun tutulması, burun qaşınması, burundan su axması və asqırma. Bunlar 4-ü əsas əlamətlərdir. Xəstəliyin yaranmasına səbəb nədir? Burunun içinin selikli qişasının allergik iltihablanmasıdır.Hər asqıran adam allergik rinitdirmi? Xeyr. Bayaq asadaladığım 4 əlamətdən 2-si və daha artığının olması rintiin leyhinədir. Amma allergikdirmi? Bax bu sual qalır”.
Hər səpki, hər öskürək, hər asqırma allergiya demək deyil. Bu istiqamətdə düzgün müalicənin tətbiqi üçün doğru müayinə mütləqdir.
Elvira Qapaqova GBX-nin allerqoluqu: “İlk növbədə, xəstədən geniş məlumat, anamez toplayarıq. Hansı şikayətlərinin olduğunu öyrənirik. Bunu dəqqiləşdirəndən sonra biz labarator müayinələr aparırıq. Daha sonra dəri priktes dediyimiz amyinə metodunu aparırırıq ki, səbəbkar allergeni təyin edək. Çünki allergik xəstəliklər xroniki xarakter daşıyır. Onların müddəti 5-10 gün deyil, illərlə, ömür boyu sürə bilər.”
İl boyu davam edən və mövsümi olmaqla, allergik rinitlər 2 formaya ayrılır. Mövsümi xarakter daşıyan rinitlər əsasən, yaz, yay və payızın ilk aylarına təsadüf edir.
Elvira Qapaqova GBX-nin allerqoluqu: “Mövsüm dediyimiz qrupda günün özü də var. Bu tək asqırma deyil, gözdə qızarma, qaşınma kimi hallarla müşahidə olunur. Dəridə müxtəlif səpkilər verir.belə xəstələr əsasən, dənizə kənarına gedib, günəş qəbul edə bilməməkdən şikayətçidirlər. Bu qrup xəstələrdə də müvafiq müalicələr aparmaq lazım gəlir”.
Vaxtında müalicə olunmadığı təqdirdə, həm allergik, həm də xroniki rinit bronxial astmaya çevrilə bilər. Sual yaranır, bəs sonradan peşimanlıq yaşamamaq, allergik xəstəliklərdən qorunmaq üçün nə edə bilərik?
Elvira Qapaqova GBX-nin allerqoluqu: “Günəş eynəklərindən istifadə, izotonik məhlullarla gündə 2-3 dəfə burunu yumaq daha effektivdir. Günün qızmar vaxtında bacardıqca evdən bayıra çıxmamaq tövsiyə olunur”.
Allergik rinit xəstələrin sosial adaptasiyasını pozur, diskomfort hissi yaradır. Ona görə də yaxşı olar ki, səhhətimizə qarşı maksimum diqqətli olub, orqanizmimizin müəyyən reaksiyalarına qarşı biganə qalmayaq.
- Baxış: 319