Şəmkirdə arpa biçini başa çatmaq üzrədir. Paralel olaraq bir neçə gündür buğda biçininə də start verilib. Fermerlər məhsuldarlığın normal olduğunu deyir. Məhsulu itkisiz toplmaq üçün rayonda kifayət qədər komabyn da var.
Nəriman Alıyev təsərrüfat sahibi: Özümün 4 hektar 60 sot sahəm var. Arpa əkib biçmişəm. Məhsuldarlıq çox yaxşıdır. Allah qoysa gələn il sahəmi bir azda genişləndirəcəm. Artezianımız var. Suyumuzda boldur.
Şəmkirin taxıl zəmiləri bu il məhsuldardır. Rayonda əkin aparılan 14 min 131 hektardan aran zonasında arpa biçini yekunlaşmaq üzrədir. Dağlıq ərazidə isə biçinə bir qədər gec başlanılacaq. Biçilən sahələrdə orta məhsuldarlıq 30 sentnerdən yuxarıdır.
Qiyas Cəfərov Sarıtəpə kənd icra nümayəndəsi: Sarıtəpə kəndində 320 hektar dənli bitkilər əkilib. 255 hektar sahədə biçin yekunlaşmaq üzrədir. Hazırda kəndin ərazisində 7 komabyn işləyir. Orta məhsuldarlıq 40 sentnerdir.
Məhsulun itkisiz əldə edilməsi üçün sahələrə kifayət qədər texnika da çıxarılıb. Hava şəraiti imkan verərsə biçini qısa zamanda başa çatdırmaq mümkün olacaq.
Araz Məmmədov Şəmkir DAİM-nin sektor müdiri: Biçin davam edir. Ayrı-ayrı sahələrdə 36 komabyn biçin aparır. Məhsuldarlığımız müsbətidr. Arpa sahəsində orta məhsuldarlıq 29,5 buğda sahəsində isə 32,2 sentnerdir.
Ötən il Şəmkirdə 16 min 820 hektar sahədə biçin aparılıb və orta məhsuldarlıq 33 sentnerə yaxın olub.
Natiq Hüseyn
- Baxış: 704