• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2287
— 24.06.2019 18:03

Düzgün danışa bilirikmi?

KepezTV Player

Məşhur fransız yazıçısı Viktor Hüqo deyirdi ki, “Dil büllur şüşəyə bənzəyir, onun parlaqlığı təmizliyindən asılıdır”. Biz ilk növbədə dilin təmizliyini qoruyub saxlamalıyıq ki, nitqimiz də təmiz, qüsursuz olsun. Bəs görəsən, reallıqda biz nitqimizin təmizliyinə, rəvanlığına önəm veririkmi? Öz fikirlərimizi düzgün və çətinlik çəkmədən izah edə bilirikmi? Başqa sözlə desək – biz danışa bilirikmi? Növbəti süjetimizin mövzusu nitq mədəniyyətidir.

İnsanı sosiallaşdıran başlıca amil ünsiyyətdir. İlk baxışdan sadə görünən bu qavram, əslində incəliklərlə dolu çox çətin bir bacarıqdır. Bu gün cəmiyyətdə nitqi səlis, düzgün, anlaşıqlı olan insanlar yaxşı ünsiyyət qabiliyyəti ilə fərqlənirlər.

Xəyalə Cabbarova - təlimçi: “Nəzərə almaq lazımdır ki, hər birimiz müəyyən mühitdə, fərqli cəmiyyətdə yaşayırıq. Bəli, bu cəmiyyətdə müəyyən mənada dialektizimdən istifadə etmək olar. Əsas məsələ, doğru kitablardan istifadə etməkdir. Özünü inkişaf kitablarından istifadə etməklə nitqimizi daha səlis formaya sala bilərik. Gözəl və səlis nitq üçün ilk növbədə, özünə inam lazımdır. Bir insanın özünə inamı nə qədər çoxdursa, onun nitqi bir o qədər düzgün və səlis olar”.

Mütəxəssislər bildirir ki, düzgün nitqin əsasında bizim söz ehtiyatımızın, balansımızın çox olmağı, fikirlərimizin aydın şəkildə ifadə etmək bacarığı və bədən dilindən düzgün istifadə dayanır.

Xəyalə Cabbarova - təlimçi: “Üslublarımız fərqlidir. Məişət, elmi, rəsmi və digər üslublar var. Önəmli olan onları bir-biri ilə qarışdırmamaqdır. Hər hansı bir çıxış zamanı məişət üslubundan istifadə edib, o cür danışa bilmərik. Bu insanı gülünc vəziyyətə sala bilər. Bzi ahnsı mühitdə kimlə, nə cür danışacağımızı nəzərə alıb, beynimizdə şüurlu şəkildə düşünsək onda nitqimizdə hər hansı problem olmaz. Üslublarımızı qatmayıb, vulqar sözlərdən istifadə etmərik. Yəni hər bir şey insnaın özündən, psixologiyasından asılıdır”.

Nitq – fikirlərin ifadə şəklidir. İnsanlar onu daha yaxşı sərgiləmək üçün nitq mədəniyyətini lazımi səviyyədə mənimsəməlidirlər. İstənilən şəxs 2 ay ərzində nitq mədəniyyəti ilə bağlı təlimlərdə iştirak etməklə, komplekslərindən ən azı 50% yaxa qurtara, öz nitqini korreksiya edə bilər.

Xəyalə Cabbarova - təlimçi: “Mən hər hansı bir tələbəmə müəyyən dərsliyi təqdim etdikdə, ilk növbəəd önun psixologiyası ilə tanış oluram. Bir insanın psixologiyasında hansı boşluqların olduğunu müəyyən etsək, ona nələri çatdırmağın vacib olduğunu çox yaxşı bilərik. Elə insanlar var ki, özgüvəni var, ünsiyyətdən çəkinmir, ancaq söz balansı azdır. Təlimlərdən sonra biz onda yaxşı nitq qabiliyyətini formalaşdıra bilərik”.

Toplumun əsl millət kimi formalaşması üçün onun öz dilinin olması vacibdir. Lakin dilin olması üçün də gərək onu yaxşı bilən, bu dildə düzgün danışan millət ola. Buna görə də yaxşı olar ki, bizi bir millət, xalq olaraq yaşadan dilimizi hər zaman sevək və qoruyaq..