• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2031
— 24.06.2019 15:27

Mal-qara oğruları saxlanıldılar

KepezTV Player

Goranboy polisi əhalinin mal-qarasına qənim kəsilən cinayətkar dəstəni ifşa edib. Həyata keçirilən uğurlu əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Goranboy Rayon Polis Şöbəsinə bu ay müxtəlif vaxtlarda Şəfibəyli və Kəhrizli kəndlərində ümumi dəyəri 2400 manat olan 2 baş mal-qaranın oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə şübhəli şəxslər müəyyən edilərək saxlanılıblar.

Elnur Heydərli - Goranboy RPŞ İstintaq Bölməsinin rəisi: Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayon ərazisində ayrı-ayrı vaxtlarda 2 nəfər şəxsə məxsus olan iribuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri İsmayılov Elvin Bəhlul oğlu və Qasımov Nicat Albert oğlu saxlanılaraq RPŞ-nin İstintaq Şöbəsinin İstintaq Bölməsinə təhvil veriliblər.  

Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin Tərtər rayonunda da analoji cinayət hadisəsi törətməklə 1 baş iribuynuzlu heyvanı oğurladıqları müəyyən olunub.

Nicat Qasımov - saxlanılan şəxs: Oğurlanan mal-qaranı Elvinin valideynlərini aldatmaq şərti ilə aparıb onlara qoymuşuq. Valideynlərinin xəbəri olmadan. Ordan da aparıb satmışıq. Sonrada pulları bölmüşük.   

Faktla bağlı araşdırmalar davam etdirilir.