• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4713
— 24.06.2019 10:31

Volvo və Uber seriyalı avtopilot hazırladı

Volvo və Uber şirkətləri avtonom idarəetmə texnologiyası ilə təmin olunmuş ilk avtomobil təqdim ediblər. O, hibrid güc sisteminə malik XC90 offroudunun bazasında yığılıb. Yolsuzluq maşının avtopilotu radarlar və kameralar kompleksi əsasında işləyir. Onları da Uberin ərsəyə gətirdiyi proqram təminatları idarə edir. Avtomobilin ehtiyat batareyası da var. Əgər elektron komponentlərdən hər hansı biri sıradan çıxarsa xüsusi sistem maşını avtomatik dayandıracaq. Volvo və Uber yeni layihə üzərində 2016-cı ildən işləyir. Hazırda XC90-ın bazasında 250-dən çox bu tip avtomobil düzəldilib. 2018-ci ildə avtonom maşınlardan biri piyada zolağının kənarından keçən xanımı vurub. Müəyyən vaxtdan sonra qadın xəstəxanada keçinib. İnsidentdən sonra Uber sınaqları dayandırdı. Amma qəzanın baş verdiyi Arizona ştatının rəhbərliyi şirkətə yenidən testlər keçirməyə icazə verib. Ümumilikdə Volvo 24 000 belə nəqliyyat vasitəsi istifadəyə vermək niyyətindədir.