Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi Türkiyəyə qastrol səfərinə gedəcək. İyul ayının 4-10-u arası Türkiyənin Amasiya şəhərində keçirilən “Yeddinci Teatr Köyü” festivalına kollektiv ilk dəfədir dəvət alıb.
Yaradıcı heyət festivalda iki tamaşa - Danimarkalı yazıçı Hans Xiristian Andersenin “Düyməcik” və dramaturq Əhməd Orucun “Zınqrovlu pişik” əsərlərini nümayiş etdirəcək. Hər iki səhnə əsərinə Şamil Məmmədli quruluş verib. Dekor rəssamı Sara Məmmədova, kukla rəssamı isə Təranə Cəfərovadır. Tamaşalarda Əməkdar artist Xudayət Əsgərov, Zülfiyyə Əliyeva, Səməd Xanəhmədov, Nərmin Şərifova rol alıblar.
Zülfiyyə Əliyeva aktrisa: Hər iki tamaşamız yeniliklərlə doludur. Biz istəyirik ki, orada da nümayiş etdirək. Çalışacağıq ki, bizimlə hansı həmkarlar çıxış edəcək onlara da nələrisə göstərək bilmədiklərini öyrədək, özümüz bilmədiklərimizi öyrənək. Əminəm ki, yaxşı olacaq.
Teatr kollektivi qastrol səfərində daha bir bir ilkə də imza atacaq. Mədəniyyət xadimləri qonşu ölkədə öz təcrübələrini də bölüşəcəklər.
Xudayət Əsgərov Əməkdar artist: Öz çıxışlarımızdan əlavə ilk dəfə olaraq orada ustad dərsləri keçəciyik.Ustad dərsləri odur ki, biz o kuklaların necə oynanılması, onların xarakterinin açılması formalarını göstərəcəyik. Öyrədəcəyik ki, belə oynanılır.
Düyməcik uşaqların ən çox sevdiyi nağıl qəhrəmanlarından biridir və tamaşada yoldaşlıq, dostluq tərənnüm olunur. “Zınqrovlu pişik” əsərində isə gücün birlikdə olmasından, eləcə də dostluğun tərənnüm edilməsindən bəhs edilir.
- Baxış: 392