Azərbaycan Futbol Veteranları İttifaqı regionlarda görüşlər keçirməyə başlayıb. Bu günlərdə Lənkəranda cənub zonasının futbol adamları ilə bir araya gələn qurumun üzvlərinin növbəti səfəri Gəncəyə olub. Şəhər stadionunda reallaşan yığıncaqda Nizami yurdu ilə yanaşı, Tovuz, Mingəçevir və Aran zonasının veteranları da iştirak edib. İttifaqın təşəbbüsü ilə sabiq oyunçularla görüşlərin hansı səbəbdən keçirildiyi diqqətə çatdırılıb. Veteran futbolçuların üzləşdiyi problemlər, onları narahat edən məsələlər ön plana çıxarılıb. Futbolun inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Çatışmazlıqların aradan qaldırılması, bu sahənin sistemli inkişaf üçün görülməsi vacib olan işlərdən danışılıb. Gələcəkdə həyata keçiriləcək layihələr müzakirələrə yol açıb. Görüşün sonunda Veteranlar İttifaqının üzvlərinin bundan sonra digər bölgələrə də səfərlər edəcəyi vurğulanıb.
Azad Rəfi
- Baxış: 1339