• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2461
— 22.06.2019 13:02

Göygöl rayonunda dövlət qulluqçuları peşə bayramlarını qeyd ediblər

KepezTV Player

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Çıxış edənlər artıq 13 ildir qeyd olunan peşə bayramının əhəmiyyətindən danışıblar. Ötən müddət ərzində ölkədə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşdirilməsi ilə bağlı islahatlar aparılıb, inzibati sistemin tənzimlənməsinə dair kifayət qədər qanunlar qəbul olunub, dövlət rəhbəri tərəfindən fərman və sərəncamlar imzalanıb, dövlət qulluğunun normativ hüquqi bazası yaradılıb. Son illər ərzində xeyli sayda gənc dövlət qulluğunda işə qəbul olunub. Onların sırasında rəhbər vəzifələrdə çalışanlar da var. Hazırda Göygöl rayonunun müxtəlif idarə və təşkilatlarında 150-dən çox dövlət qulluqçusu işləyir. Onlardan 8 nəfəri səmərəli fəaliyyətinə görə orden və medallarla təltif olunub. Tədbirdə rayonun ictimai, siyasi və mədəni həyatında fərqlənən şəxslərə fəxri fərmanlar təqdim edilib.