KepezTV Player
Bu gün Belarusda II Avropa Oyunları start götürüb. İlk dəfə 4 il öncə Bakıda təşkil olunan qitəmiqyaslı multiidman yarışa bu dəfə Minsk ev sahibliyi edəcək. 50 ölkədən 4000-dək idmançının mübarizə aparacağı oyunlarda Azərbaycan millisi də qüvvəsini sınayacaq. Ölkəmiz Belarusun paytaxtında 11 növ üzrə 82 idmançı ilə təmsil olunacaq. Yığmanın tərkibində boks yarışlarında döyüşəcək 11 dəri əlcək ustası arasında gəncəli idmançı Rüfət Hüseynov da var. Gənc boksçu Avropa Oyunlarında ilk dəfə rinqə çıxacaq. 49 kq-da vuruşan Hüseynov iyunun 23-də 1/8 final mərhələsindən mübarizəyə qoşulacaq. Rüfətin rəqibi İsrail təmsilçisi olacaq.
Orxan Cəfərzadə
- Baxış: 1339