• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1711
— 21.06.2019 20:43

Valideynlər diqqətli olmalıdırlar!

KepezTV Player

Yay mövsümündə aktivləşən ishal və qusma hallarını mütəxəssislər tez köhnələn və keyfiyyətini itirən yeyinti məhsullardan istifadə ilə əlaqələndirirlər. Xüsusən də süd və süd məhsullarına qarşı daha diqqətli olmaq lazımdır.

Nurəngiz Məmmədova həkim: Ümumiyyətlə, yay aylarında uşaqlarda mədə-bağırsaq infeksiyalarının artımı müşahidə olunur. Bunun əsas səbəbi isə isti havalarda ərzaq məhsullarının düzgün saxlanılmaması, ən çox ağartı məhsullarının yüksək temperaturda tez xarab olması, bəzi anaların bu haqda yetərincə məlumatlandırılmamasıdır.

Həkimlərin sözlərinə görə,bu kimi hallara gigiyenik qaydalara əməl olunmaması, valideynlərin uşaqları yaş həddinə görə düzgün qidalandırmaması, qaynadılmayan suyun qəbulu və yuyulmayan meyvə-tərəvəzlərdən istifadə də səbəb olur.

Nurəngiz Məmmədova həkim: Valideynlərə, ümumiyyətlə, tövsiyəm odur ki, yaxşı olar ki, hər bir məhsul uşağa öz mövsümündə verilsin. Qarpız və yemişi torpaqla bilavasitə təmasda olan tərəvəzlər kimi kəsməzdən öncə axar suyun altında yaxşıca yuyub, qurulamaq lazımdır. Qeyd etməliyəm ki, çox vaxt tərəvəzin özü yox bizim sanitar-gigiyenik qaydalara əməl etməməyimiz xəstələnməyimizə səbəb ola bilər.

İisti yay günlərində uşaqların açıq günəş altında çox olması da urəkbulanma və ishal kimi hallara gətirib çıxarır.