• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 20.06.2019 12:13

Milli Qəhrəmanın adı məktəbə verilib

KepezTV Player

Samuxda Milli Qəhrəman Eltun İsgənədrovun xatirəsi anılıb. Rayon rəhbərliyi və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitlərinin də iştirak etidyi tədbirin iştirakçıları əvvəlcə Əhmədbəyli kənd qəbristanlığında milli qəhrəmanın məzarını ziyarət edib. Daha sonra şəhidin təhsil aldığı orta məktəbin girişində milli qəhrəmanın baraleyifinin açılışı olub. İştirakçılar məktəbdə milli qəhrəmanın xidmət keçdiyi dövrə aid fotolarla zəngin olan muzeylə də tanış olublar. Təşkil edilən anım tədbirində Eltun İsgəndərovun şərəfli döyüş yolundan danışılıb. Dövlət Sərhəd Xidmətinin ilk milli qəhrəmanı kimi tarixə düşən Eltun İsgəndərov 2009-cu ilin 18 iyununda Cəlilabad rayonu istiqamətində sərhəd pozucularına qarşı mübarizədə əsgər və zabitlərimizin həyatını xilas etməklə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Milli Qəhrəman adı verilib. Bundan başqa Əhmədbəyli kəndinin mərkəzi küçələrindən biri milli qəhrəmanın adını daşıyır. Həmçinin bu günlərdə Eltun İsgəndərovun təhsil aldığı orta məktəbə də milli qəhrəmanın adı veirlib. Anım tədbiri məktəblilər və körpə fidanların hazırladığı bədii kompazisya ilə davam edib.

Xaləddin İsgəndərov - Mlli Qəhrəmanın atası: Bu günləri Eltunun yaşadığı kənddə təhsil aldığı orta məktəbdə adı əbədiləşdirilib. Samux rayonu Əhmədbəyli kənd tam orta məktəbi Eltun İsgəndərovun adına əbədiləşdirilib. Bununla bağlı fürsətdən istifadə edib ölkə rəhbərlimizə cənab prezidentimizə öz təşəkkürümü bildirərəm ki hər zaman üzərimizdə olan diqqət və qayğısını bu gündə hiss edirik.