• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 810
— 19.06.2019 16:13

Akademik Qərib Məmmədov ADAU-da seminar keçib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov universitetin professor-müəllim heyəti ilə “Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tətbiqi” haqqında seminar keçirib. Coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsi tərtibinin əsas xüsusiyyətləri haqqında geniş məlumat verilib. Aero və kosmik materiallar əsasında torpaq xəritəsinin tərtib prinsipləri, o cümlədən interaktiv torpaq xəritələrinin və torpaqların coğrafi informasiya sistemləri əsasında ekoloji qiymətləndirilməsi xəritəsinin hazırlanması məsələlərinə aydınlıq gətirən akademik ilkin hazırlanan interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrini nümayiş etdirib. Həmçinin torpaq, aqrokimyəvi, o cümlədən multidissiplinar tədqiqatların aparılması üçün həmin platforma üzərində relyefin plastikası metodu, 3D vizuallaşdırma kimi üsullardan istifadə etməklə rəqəmsal torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtib edilməsinin müfəssəl metodikası nümayiş olunub. Seminarda geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.