• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 19.06.2019 16:21

Şanlı hilal doğma torpaqda

KepezTV Player

215 ildən sonra Gəncə bayrağı yenidən Gəncədə. Şəhərimizin tarixə iz salmış əyilməzliyi və qəhrəmanlığının rəmzi olan bayraq orijinal versiyaya yaxın olaraq hazırlanıb. Yaxın vaxtlarda isə bayrağın ipək parça üzərində qızlı saplarla hazırlanmasına başlanacaq.

Rusların arxiv yazışmalarına görə 1804-cü ildə Gəncənin işğalı zamanı 8 tarixi bayraq qənimət kimi əldə olunub. Onlardan biri də gördüyünüz bayraqdır. Bayrağın üzərində Gəncənin rəmzi, indiki gerbi, quranın Əl-Nisa sürəsinin 95-ci ayəsi, Kəlmeyi-Şəhadət və Allah yazısı əks olunub.

Müzadil Həsənov - “Cavadxan” Tarix Mədəniyyət Fondunun vitse prezidenti, tədqiqatçı: “Bunun tarixi əhəmiyyəti ondan ibarətdir ki, Cavadxanın, oğlunun və gəncəlilərin şəhidliyə ucalması məhz bu bayraq üçün olub. Bu bayrağın nüsxələri var idi. Bunları daha yaxşı keyfiyyətdə əldə etdik. Onların üzərində müəyyən mənada mütəxəssislər işlədi. Orijinala tam yaxın formada bərpa edilməsinə nail olunudu. Bu bayraq müəyyən mənada Gəncənin tarixə iz salmış əyilməzliyinin qəhrəmanlığının bir rəmzidir, izahıdır. Çünki üzərində yazılan ayə də məhz mübarizliyə, işğala, zülmə qarşı mübarizəyə çağırır”.

Tarixi bayrağın orijinal ölçüləri uzunluğu - 174, eni - 127 sm olub. Bərpa olunan nüsxə orijinal ölçülərdən bir qədər fərqlənir.

Müzadil Həsənov - “Cavadxan” Tarix Mədəniyyət Fondunun vitse prezidenti, tədqiqatçı: “Biz həm ölüçüləri, həm də görkəmi baxımından ipək parçada qızılı saplarla onun toxudulmasını tam orijinal versiyaya uyğun şəkildə bərpa edilməsini düşünürük. Artıq onun üzərində iş gedir. Hazırkı bayraq Sankt Peterbuq şəhərində sifariş edilib, hazırlanıb. Orijanl versiya isə vətəndə hazırlanacaq”.

Gəncənin tarixi ilə bağlı araşdırmaların daha da dərinləşməsi üçün tədqiqatçıların üzərinə çox iş düşür. Məqsəd şanlı tariximizi nəsillərə olduğu kimi ötürməkdir.