• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 19.06.2019 12:15

Samuxda bələdiyyələr arasında futbol yarışı keçirilib

KepezTV Player

Samuxda Milli Qəhrəman Eltun İsgəndərovun xatirəsinə həsr olunan bələdiyyələr arasında futbol üzrə rayon turnirinə yekun vurulub. Ənənəvi olaraq hər il keçirilən yarışda rayonun müxtəlif kənd və qəsəbələrini təmsil edən 8 komanda iştirak edib. Dairəvi sistem üzrə keçirilən yarışın yarımfinal mərhələsində Ağasıbəyli bələdiyyəsi ilə Samux şəhəri, eləcə də İnstitutla-Qarayeri qəsəbələrinin komandaları qarşılaşıb. Yarımfinalda daha güclü olan Ağasıbəyli və Qarayeri komandaları finalda üz-üzə gəliblər. Gərgin və maraqlı keçən final qarşılaşmasında Ağaslbəyli komandası 3:2 hesabı ilə qalib gələrərək bələdiyyə kubokunun qalibi olub. Yarışın sonunda qaliblərin təntənəli mükafatlandırma mərasimi təşkil olunub. Rayon rəhbərliyinin də iştirak etdiyi rəsmi hissədə 10 ildir keçirilən çempionatın əhəmiyyətindən danışılıb. Rayonda bu kimi yarışların davamlı olacağı vurğulanıb. Sonda qalib komandaya fəxri fərman medal və kubok təqdim olunub. Eyni zamanda yarışın ən yaxşı oyunçuları qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.