• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1644
— 18.06.2019 18:15

Hektardan 36 sentner məhsul yığılır

KepezTV Player

Bu il Samuxlu fermerlər 9622 ha-da taxıl əkiblər ki, bunun da 3681 ha arpa, 5931 ha buğdadır. Artıq fermerlər arpa biçinini yekunlaşdırıblar və 12 min 666 ton məhsul əldə ediblər. Bu hektardan 36 sentner məhsul deməkdir. Arpa biçinini yekunlaşdığından 1 həfdədir ki, Samuxda buğda biçininə başlayıb. Bu müddət ərzində fermerlər 2 min hektardan 7400 ton məhsul yığıb.

Ceyhun  Ağayev fermer: Komabynnan təmin edirlər. Taxılmızda hektardan 3 -3,5 ton məhsul götürürük. Heç bir itkidə yoxdu. Vaxtında suvarmışıq. Su ilədə təmin ediblər, sağ olsunlar. Elə bir problem yoxdu. Hamı növbə ilə biçir.

Mahir Əsgərov kombaynçı: Kombayınlar Hollandiya istehsalıdır. Çox yaxşı sərfəlidir. Biçində öz qaydasında gedir. Gündə 15-20 ha taxıl biçirik. Yaxşıda sərfəlidir.

Rayonda biçinin mütəşəkil təşkil olunması üçün Samux  Dövlət Aqrar İnkişaf Mərkəzi yanında qərargah da yaradılıb. Burada fermerlərin biçin zamanı qarşılaşdıqları çətinliklər tez bir zamanda həll edilir.

Rahil Həsənov Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru:Yeni gətirilmiş kombaynlarda yaranan nasazıxlar zamanı ehtiyat hissələrinin tapılması üçün bizim kombaynçılar müəyyən əziyyətlər çəkirlər. Hesab edirəm ki, bu məsələrdə öz həllini tapacaqdı. Ümumilikdə taxıl kompanyası çox mütəşəkkil keçir. Bu günə kimi heç bir şikayətdə daxil olmayıb.

Sahələrdə taxılın tez və itkisiz biçini üçün 26 kombayın və taxılın daşınması üçün 40-a yaxın özü boşaldan avtomobil sahələrə cəlb olunub. Ümumilikdə isə Samuxda taxıl biçininin bu ayın sonuna yekunlaşması nəzərdə tutulur.