“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qazax və Tovuz filiallarında Qazax-Borçalı, Şəmkir filialında isə Gəncə qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir.2017-ci ildə fəaliyyətə başlayan bu filiallarda indiyədək, ümumilikdə, 3079 kvadratmertr xalça toxunub. Onun 890 kvadratmetri Qazax, 1000 kvadratmetri Tovuz, 1189 kavadratmetri Şəmkir filialının payına düşür. Bu rəqəmlər hanalardan kəsilib götürülmüş xalçalara aiddir.
Qazax filialından 10, Tovuzdan 17, Şəmkirdən isə 16 xalça qəbul edilir. Bu xalçaların içərisində ən keyfiyyətli toxunanı Qazax filialında istehsal edilən məhsullardır. Xalçaların keyfiyyəti onların verilmiş çeşniyə əsasən düzgün toxunulması, sıxlıq və yatımının standartlara uyğun olması, qıraqbükməsinin səliqəli aparılması, düzgün arğaclanmasından asılıdır. Bu filiallarda toxunan xalçalar texniki və bədii standartlara tam cavab verir.
- Baxış: 483