• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 858
— 17.06.2019 19:04

Alıcı gözləyən tikinti materialları

KepezTV Player

Gəncənin tikinti materialları bazarında durğunluq höküm sürür. Yaz-yay ayları tikininti işlərinin geniş aparıldığı mövsüm kimi xarakterizə edilsə də bazarlardakı mövcud vəziyyət bunun əksini deməyə əsas verir. Adətən belə vəziyyətin yaranmasında qiymət artımı kimi amillər əsas rol oynasa da lakin bu dəfə mənzərə tam fərqlidir. Belə ki, tikinti materiallarının qiymətində əvvəlki aylarla müqayisədə ucuzlaşma var. Əvvəllər 1 tonu 1100-1080 manata olan dəmir, indi 1030 manata, armaturun tonu isə 700 manatdan 670 manata düşüb. Taxtanın kub metri stabil olaraq 270-280 manat təşkil etsə də sement 80 qəpik və mişar daşı 10 qəpik ucuzlaşıb. Lakin qiymətlərin düşməsi belə bazarı canlandırmayıb.

Sahib Hacıyev - satıcı: Gördüyünüz kimi bazar bomboşdur. Heç kim yoxdur. Alıcı çox zəifdir. Hər şey gətirmişik. Taxtamız var, borumuz var, şifer var, bir sözlə hər şey var ancaq alıcı yoxdur. Hardasa 2 aya yaxındı yerpulunu heç çıxarda bilmirik. Camatın imkanımı zəifdi hər nədisə bilmirəm.

Əli Abdıyev - satıcı: Alıcı çox zəifdi. Gündə bir iki müştəri gəlir vəssalam. Gələn müştəri də kütləvi alış veriş etmək üçün gəlmir.