"Asudə vaxtın səmərəli təşkili" mövzusu hər zaman öz aktuallığını qoruyur və bu yöndə ciddi addımlar atılır. Gənclərin doğru istiqamətləndirilməsi, onların bilik və bacarıqlarının artırılmasının cəmiyyət üçün prioritet olduğu nəzərə alınaraq, bu dəfə Gəncədə fərqli bir işə imza atılıb. Şəhərin mərkəzində yerləşən çay evi bundan sonra maarif evi kimi fəaliyyətini davam etdirəcək. Həm bədii kitablar, həm dərs vəsaitləri ilə zəngin olan maarif evində 4000-ə yaxın kitab var. Gənclər, eləcə də tələbələr yeni kitabxanadan səhər saat 9-dan axşam 8-ə dək faydalana bilərlər. Məlumat üçün qeyd edək ki, yaxın müddətdə maarif evində olan kitabların icarəsi də mümkün olacaq.
İmamverdi Vəliyev - maarif evinin təsisçisi: Gənclərimiz çayxanalara yox, kitabxanlara marağını artırsaq nəsə udmuş olarıq. Əsa məqsədimiz tələbələrimizin, gənclərimizin əziyyət çəkməməyi istənilən kitabı rahatlıqla əldə etməsini təmin etməkdir".
- Baxış: 533